Kərbəla ətrafındakı “Qitarat İmam Əli” ziyarətgahında baş verən hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Bu barədə avqustun 22-də İslamazeri.com-a istinadən Sirat.az xəbər verir.
Məlumata görə, hazırda dağıntılar altından daha beş nəfərin çıxarılması planlaşdırılır.
Hadisə avqustun 21-də baş verib. Ziyarətgahın tavanı zəvvarların üzərinə aşıb. Buna səbəb isə yaxınlıqda olan təpənin uçması olub.