Mol­la Qu­lamhüseyn Axund 1878-ci ildə Masallı rayonunun Ər­ki­van qəsəbəsində anadan olub.

Uşaq vax­tın­dan Qu­lamhüseynin ata­sı Kə­rim, el­mə hə­və­si­ni hiss edə­rək onu kənd mol­la mək­tə­bi­nə qoy­ur.

Ərkivani ib­ti­dai di­ni təh­si­li­ni kənd­də al­dıq­dan so­nra Ər­də­bil şə­hə­ri­nə ge­dir. Ora­da ərəb və fars dil­lə­ri­ni, şə­ri­ət qa­nun­la­rı­nı və İslam ta­ri­xi­ni öyrənir. Mol­la Qu­lamhüseyn or­ta ru­ha­ni təhsilini al­dıq­dan so­nra Nəc­əfd hövzəsinə da­xil olur. Orada ömrünün 27 ili­ni təh­sil al­mağa sərf edir.

Alim 1916-cı il­də Ərkivana qay­ıdıb, mol­la­lıq et­məyə ba­ş­layıb. 1918-ci il­də o, Masallının keçmiş İs­kən­dər­li kəndində tor­paq sa­hə­si ala­raq, əkin­çi­lik­lə mə­şğ­ul olub.

El ara­sın­da böyük nüfuz qa­zan­sa da, so­vet hö­ku­mə­ti qu­rul­duq­dan so­nra Mol­la Qu­lamhüseyn Axun­dun fə­a­liyy­ə­ti məh­dud­laş­dı­rı­lır, özü isə tə­qib edilməyə ba­ş­la­nır.

Həmin dövr­də qu­ru­luş və kol­xoz­laş­ma­nı möh­kəm­lən­dir­mək məq­sə­di­ ilə NKVD ye­ni qu­ru­lu­şun əley­hi­nə olan adam­la­rı ara­dan götürmək üçün əmə­liyy­at ke­çi­rir. Axund Mol­la Qu­lamhüseyn isə və­tən­da­ş­lıq hüqu­qun­dan mə­h­rum edi­lir. Onun İs­kən­dər­li kən­din­də­ki əm­la­kı müsa­di­rə edi­lir, özü isə Ər­ki­van qəsəbəsinə qay­ıt­mağa məc­bur olur. 1938-ci il­də alim Ər­ki­va­na, ai­lə­si­nə baş çək­məyə gə­lər­kən, Ba­kı­nın Bay­ıl həb­sxa­na­sın­a göndərilir.

Ata­sı­na baş çək­məyə ge­dən oğ­lu İs­ra­fil çox çə­tin­lik­dən so­nra onun­la görü­şə bi­lir. Görüş za­ma­nı İs­ra­fil ata­sın­dan soruşur: “Ağa, üzünə kim dur­du”. Atası Mol­la Qu­lamhüseyn isə oğ­lu­na be­lə ca­vab ve­rir: “Oğ­ul, bu ta­le bi­zə Ta­n­rı­dan qi­s­mət­dir, be­lə zülmün in­ti­qa­mı­nı da ta­rix özü zülümkar­lar­dan alac­aq­dır! Bu, bi­zim vi­da görüşümüzdür. Ya­xın günlər­də bi­zi ge­də­rg­əl­mə­zə sürgün edəc­ək­lər…”.

Mol­la Qu­lamhüseyn Axun­dun so­nuncu mək­tu­bu Vla­di­vos­tok­dan gəl­miş­dir. Ehtimal edilir ki, o, 1946-cı il­də sürgündə olar­kən və­fat etdib.

Alimə 1957-ci il­də bə­ra­ət ve­ril­miş­dir.

Mənbələr:

  1. Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.
  2. masallida.az
  3. arkivan.az