Ayətullah əl-Üzma Məhəmməd Təqi Behcətdən İmam Zamanın (ə.f) zühurunun kecikməsi haqda sual edilib. Mərhun alimin bu barədə dediklərini sizlərə təqdim edirik.

Fəqihə “O Həzrətin (ə.f) qeybi nə zamana qədər sürəcək? Niyə bu qədər uzanır?” deyə sual verilib. Ayətullah Behcət isə cavabında belə buyurub:

“Nə demək olar? Məlum deyil nə vaxta qədər. Keçmiş ümmətlərin hamısında qeyb məsələsi olmuşdur. Amma heç bir ümmətdə qeyb belə naməlum vaxta qədər uzanmamışdır.

Biz müsəlmanlar Peyğəmbər (s) və 11 İmamla (ə.s) bağlı imtahanımızı onların sağlığında vermişik (Yəni, müsəlmanlar Peyğəmbər (s) və İmamların (ə.s) qədrini bilmədilər, Allah qarşısında imtahandan üzüağ çıxmadılar). Əgər bu sonuncu da zahir olsa, mütləq, onu da qurban edəcəyik. İmamların (ə.s) vaxtında Bəni-üməyyə və Bəni-Abbasa üz tutanlar məgər divanə idilər? Onlar dünyanı, axirətin ziddini seçdilər.

Hələ ki, onların vəzifəsini bizə verməyiblər. Bizə versələr, onda məlum olar ki, biz necə imtahan verəcəyik”.

Mənbə: Ayətullah Behcətin hüzurunda kitabı, 26-cı səhifə.