Avqustun 16-da Çikaqodakı Orland Park məscidində hicabın ilk dəfə taxılmasına həsr olunmuş bayram tədbiri keçirilib. Bu barədə İslam News-a istinadən Sirat.az xəbər verib.
Tədbir yerli İslam mərkəzi tərəfindən təşkil olunub. Bayramda 50-dən çox qız iştirak edib. Onların əksəriyyəti Amerika məktəblərinin tələbələridir. Qızlar həyatlarında ilk dəfə hicab taxmaqla bağlı xatirələrini bölüşüblər.
Onların fikrincə, hicaba qarşı ayrıseçkiliyi nəzərə alsaq, müsəlman qız üçün hicab taxmaq qərarı çətindir. Məhz bu, hicab geyinməyə qərar verən qızlar üçün bayram təşkil edilməsinə səbəb olub. Tədbirin məqsədi mənəvi dəstək və qızların hər birinin bu qərarda tək olmadıqlarını bildirməkdir.
Qeyd edək ki, dünyada hicaba dəstək məqsədilə 1 fevral ənənəvi olaraq Ümumdünya Hicab Günü kimi qeyd olunur.