Müqəddəs Qurani-Kərim möcüzələrlə doludur. Eyni zamanda bu kitab bir çox elmi ixtiraların açarı olub. Əsrlərdir insanlara gizli qalan faktlar XIV əsr bundan öncə Allahın kəlamlarında öz əksini tapır. Sirat.az oxuculara bu möcüzələrdən birini təqdim etmək istəyir.

Qurani-Kərimdə Allahın əzəmətindən bəhs edilərkən Furqan surəsində iki dənizin arasındakı səddə işarə olunur.

“Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!” (Furqan surəsi, ayə 53).

Ayədə də qeyd olunduğu kimi, bu dənizlər aralarındakı duzluq səviyyəsi fərqinə görə bir-birinə qovuşmur. Dünyanın bir çox yerlərində belə sular mövcuddur. Biz oların bəzilərini misal gətiririk:

Şimal dənizi və Baltik dənizi

Aralıq dənizi və Atlantik okeanı

Karib dənizi və Atlantik okeanı

Surinam çayı və Atlantik okeanı