Misirin Cizə şəhərində müsəlman gənc yanan kilsədən 5 uşağı xilas edib. Bu barədə Shafaqna-ya istinadən Sirat.az xəbər verir.

İnsanları xilas etmək üçün dərhal kilsəyə girdim, böyük alov və tüstü ilə qarşılaşdım“, – deyə Məhəmməd Yəhya bildirib. Müsəlman gənc kilsədən qışqırıq səsləri eşitdiyi üçün oraya daxil olub. O, nəfəs almağa və görməyə mane olan tüstüdən qorunmaq üçün köynəyini çıxarıb, isladıb və üzünü örtüb.

Uşaqları xilas edəndən sonra Məhəmməd Yəhyə yaşlı kişiyə yardım göstərmək üçün geri dönüb. Lakin kilsədən çıxanda onların hər ikisi sürüşərək yıxılıb. Nəticədə gəncin ayağı sınıb və o, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə nəticəsində 41 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.