Əbəlfəzl Abbas hərəmi məhərrəm ayının 13-cü gününədək paylanılan ehsanların statistikasını açıqlayıb. Belə ki, 13 gün ərzində 450 minə yaxın ehsan paylanılıb. Bu barədə avqustun 16-da ziyarətgahın mətbuat xidmətinə istinadən Sirat.az xəbər verib.
Verilən məlumata əsasən, matəm günlərində zəvvarlara gündəlik üç dəfə ehsan qida paylanılıb. Bundan əlavə, ziyarətçilərə 7 min ton meyvə və 9 min tondan çox şirniyyat ehsan edilib.
Avqustun 11-də dünya üzrə matəm günlərində verilən ehsanların statistikası açıqlanıb. Bildirilib ki, zəvvarlara 129 milyon litrdən çox su və 155 milyondan çox yemək paylanılıb.