Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir [Nisa sürəsi 103-cü ayə].
Namaz dinin beş sütunundan biridir. Namaz insanların meracıdır. Qiyamət günündə bəndədən soruşulacaq ilk şeydir. Əgər qəbul olunacaqsa, digər əməllər də qəbul olunar. Əgər qəbul edilməyəcəksə, əməllərin heç biri insana bir fayda verməz. (Nəhcül Bəlağə 190-cı xütbə)
“Sizi cəhənnəmə salan nə idi?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik” [Muddəssir surəsi 42-43-cü ayələr].
Peyğəmbər (s) cənnətlə müjdələnməsinə baxmayaraq, namaz qılmağı davam edirdi. Buna səbəb Allahın buyurduğu idi: “Əhlinə (əhli-beyt və ümmətinə) namaz qılmağı əmr et və özün də onun yerinə yetirilməsində səbirli ol” [Ta-ha surəsi 132-ci ayə].
İmam Əli buyurub: “Namazı onun üçün müəyyənləşdirilmiş vaxtda yerinə yetir və bekarçılıqdan onu vaxtından əvvəl qılma. Həmçinin işin olduğu üçün onun vaxtını keçirmə və bil ki, əməllərinin hər bir şeyi namaza bağlıdır”. (Nəhcül Bəlağə 21-ci məktub)
İmam Əli (ə.s) 131-ci xütbəsində buyurub: “Namaz hər bir pərhizkarın (Allahın mərhəmətinə) yaxınlaşma vasitəsidir”.