Dünən, avqustun 14-də İraqda Ərbəin zəvvarlarına qarşı planlaşdırılan hücum zərərsizləşdirilib. Bu barədə shiawaves-a istinadən Sirat.az xəbər verib.
Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat axtarış tədbirlərinin keçirildiyi ərazilərdə silah-sursat aşkarlanıb. Aşkarlanan sursatlar arasında partlayıcı kəmərlər və maddələr də var idi.
Curf Ən-Nasr şəhəri Bağdadın cənubunda yerləşir. Bura Kərbəlaya daxil olmaq üçün strateji bir şəhərdir və bu səbəbdən “Kərbəla qapısı” adlanır. Vaxtilə həmin şəhərdə İŞİD-lə döyüşlər aparılıb.