“Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdiyə 10-15 bıçaq zərbəsi vurulub. Bu barədə Aljazeera-ya istinadən Sirat.az xəbər verib.
Bildirilir ki, yazıçı Nyu Yorkda çıxış etməyə hazırlaşarkən hücuma məruz qalıb. O, boynundan və qarnından bıçaqlanıb. Hadisə şahidlərindən biri deyib: “Birdən bir kişi səhnəyə atılaraq onun sinə və boyun nahiyəsinə döyməyə başladı”. Bəzi xəbər portalları Salman Rüşdinin vəziyyətinin kritik olduğunu bildirib.
Fransa prezidenti Emmanuel Makron Twitter-də paylaşım edib: “33 ildir ki, Salman Rüşdi azadlığı təcəssüm etdirir. Onun döyüşü bizim döyüşümüzdür”.
Qeyd edək ki, hind əsilli ingilis yazıçısının 1988-ci ildə yazdığı “Şeytanın ayələri” kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Bu hadisə İngiltərə ilə İran arasında diplomatik münasibətlərin pozulmasına səbəb olub.
Çoxsaylı təhdidlərə görə Salman Rüşdi mühafizə altında yaşamağa məcbur olub və nadir hallarda evdən çıxıb.
1991-ci ilin iyulunda kitabın yapon tərcüməçisi Tokionun şimal-şərqindəki universitetdə öldürülmüş halda tapılıb.
Kitabın italyan tərcüməçisi 1991-ci ildə öz mənzilində bıçaqlanıb, norveçli tərcüməçisi isə 1993-cü ildə Oslodakı evinin yaxınlığında güllələnib, lakin ikisi də sağ qalıb.
For 33 years, Salman Rushdie has embodied freedom and the fight against obscurantism. He has just been the victim of a cowardly attack by the forces of hatred and barbarism. His fight is our fight; it is universal. Now more than ever, we stand by his side.
— Emmanuel Macron (@EmmanuelMacron) August 12, 2022