Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən müsahibələr niyə Azərbaycan İlahiyyat İnstitutunda baş tutur? Bu barədə DQİDK-nın sədr müavini Gündüz İsmayılovun sözlərinə istinadən Sirat.az xəbər verir.
Sədr müavininin sözlərinə görə, ümumilikdə 270 nəfər müsahibə keçmək üçün sənəd verib. Hər gün müsahibədə 30-35 nəfər iştirak edir. Yer və şərait baxımından müsahibəni burada keçirmək daha məqsədəuyğundur. Önəmli məqamlardan biri odur ki, namizədlərin ibadəti üçün institutda namaz otağı var. Onlar istədikləri vaxt burada namaz qıla bilirlər. Həmçinin burada dəstəmaz otağı da mövcuddur.
Qeyd edək ki, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi ilə bağlı müsahibələr avqustun 2-dən başlayıb və yaxın zamanda yekunlaşdırılması gözlənilir.