Avqustun 11-də Nəcəfdə lal-kar zəvvarlar İmam Hüseynə (ə.s) matəm mərasimi qurublar. Bu barədə shiawaves xəbər verib.

Ziyarətçilər hərəmdə yürüş keçirib, daha sonra isə dini ayinlərini yerinə yetiriblər. Məlumata görə, onların təşkil etdiyi məclisdə səsgücləndiricilərdən istifadə edilməyib. Matəm ab-havası plakatlar vasitəsilə vizual olaraq yaradılıb.

Qeyd edək ki, avqustun 8-də dünya müsəlmanları İmam Hüseynin (ə.s) şəhadətinin ildönümünü qeyd ediblər. Adətən, hər il məsum İmamların (ə.s) hərəmlərində məhərrəm ayının ilk günündən Ərbəin gününədək (20 səfər) hər gün məclislər keçirilir.