Ayətullah Hacı Şeyx Həsən Lənkərani 1853-cü ildə o zamanlar Lənkəranın Köhnə Alvadı kəndində dünyaya gəlib. O, Nəcəfin tanınmış alimlərindən olub.

Şeyx Həsən ali dini təhsilini Nəcəfdə başa vurub, oranın tanınmış alimlərindən dərs alaraq yüksək dərəcəli ictihad məqamına çatıb. Alim bir çox üsul və fiqh kitablarına şərh yazıb. Lənkərani məşhur alimlər Mirzə Hüseyn Xəlil, Seyyid Məhəmməd Əli şah Əbdül Əzim və Seyyid Həsən Sədrdən hədis nəql etmək, Ayətullah əl-Üzma Mərəşi Nəcəfidən hədis və rəvayət nəql etmək icazəsini almışdır.

1889-cu ildə alim vətəninə qayıdıb. Lakin bir müddət sonra yenidən Nəcəfə dönüb.

Ayətullah Hacı Şeyx Həsən Hatəmi Lənkərani təxminən 1942-ci ilin may ayında Nəcəfdə vəfat edib və orada da dəfn olunub.

Mənbə:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Adil Mövlayi. Qafqazda elm dünyasının ulduzları. 2013.