Məhərrəm ayının şəhadət gecələrində İmam Rza (ə.s) hərəmində ümumilikdə 6 min zəvvar üçün ehsan süfrəsi açılıb. Bu barədə ziyarətgahın mətbuat xidmətinə istinadən Sirat.az xəbər verir.

Məlumata görə, Aşura gecəsi iki min, Şamu-qəribanda da iki min nəfərlik ehsan verilib.

Qeyd edək ki, matəm günləri ilə əlaqədar İmam Rzanın (ə.s) hərəmində müxtəlif proqramlar həyata keçirilib. Belə ki, avqustun 10-da ziyarətgahda uşaqlar arasında Quran məclisi təşkil olunub.