Məscid Göyçay rayonunun Yuxarı Qaraməryəm kəndində yerləşir. İbadət evi, həmçinin “Fatimeyi-Zəhra məscidi” kimi tanınır.

Məscid düzbucaqlı formaya malikdir, mişar və çay daşlarından tikilib. İbadətgahın tavanı taxtadandır, dam örtüyü isə dəmir təbəqə ilə işlənib. Məscidin ön tərəfində taxtadan iki pəncərə və bir giriş qapısı var. İbadət evinin günbəzi səkkizguşəlidir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.