Qafqazın alim və fəqihlərindən biri Molla Əbdüssəlam Axundzadə 1843-cü ildə Salyan şəhərində anadan olub.

O, ilk təhsilini Nəcəf şəhərində alır. Axundzadə 1861-1868-ci illərdə Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən açılmış mədrəsədə ərəb və fars dillərindən dərs deyir. O, 1878-ci ildə Gürcüstanın Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasına dəvət olunur.

Əbdüssəlam Axundzadə Salyani 1895-ci ildə Qafqazın Şeyxulislamı adını alır və 1907-ci ilədək bu vəzifəni icra edir.

Alimin əsərləri sırasında “Miftahil-lisani farsi”, “Səri müxtəsər”, “Xətti təlq və tətbiq”, “Moizə və nəsihətlər”, “Risalətul-əhkam”, “Umdətul-əhkam”, “Kitabi-müəllifi ətfal”, “Müqəddəs Peyğəmbərlərin tarixi” qeyd etmək olar.

Şeyxulislam Əbdüssəlam Axundzadə Salyani 18 noyabr 1907-ci ildə Tiflis şəhərində dünyasını dəyişib.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.
  3. www.qafqazislam.com