Bu gün, avqustun 10-da Həzrət Əlinin (ə.s) hərəmində məclislər sonrası təmizlik işləri görülüb. Bu barədə hərəmin mətbuat xidmətinə istinadən Sirat.az xəbər verib.

Görülən işlər çərçivəsində ziyarətgahın həyəti yuyulub, xalçalar isə təmizlənib. Bildirilib ki, təmizlik işləri Aşuradan sonra yenidən ziyarətçi qəbul etmək üçün görülüb.