Şamaxıda uşaqlar üçün dini ayinlər təşkil edən şəxs inzibati məsuliyyətə cəlb olunub. Bu barədə Trend-ə istinadən Sirat.az xəbər verir.

Bildirilir ki, bəzi xəbər saytlarında bir qrup şəxsin övladları ilə birgə ziyarətgahlara gəlməsi haqda xəbərlər yayılıb. Valideynlərin azyaşlı övladları ilə birgə pirə getməsini təşkil edən 1970-ci il təvəllüdlü Ş.Səbriyeva polis əməkdaşları tərəfindən müəyyən edilib. Onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Səbriyeva inzibati məsuliyyətə cəlb edilib.