Bu il Aşura günü Kərbəlada 6 milyondan çox zəvvarın olduğu açıqlanıb. Bu barədə avqustun 10-da shiawaves-a istinadən Sirat.az xəbər verib.

Şəhərin qubernator müavini Əli əl-Məyalinin sözlərinə görə, matəm mərasimləri zamanı təhlükəsizlik qaydaları pozulmayıb. Belə ki, ziyarətgahlar ətrafında 20-dən çox kamera quraşdırılıb. Bundan əlavə, asayişi qorumaq üçün 30 min təhlükəsizlik işçisi cəlb olunub.

Qeyd edək ki, ötən ilin Aşura günündə İmam Hüseynin (ə.s) hərəmini 5 milyona yaxın insan ziyarət edib. Ərbəin günü bu rəqəmlərin daha yüksək olması gözlənilir.