Azərbaycanın görkəmli alimlərindən biri olan Mirzə Baqir İrəvani Nəcəfi-Əşrəfin məşhur əxlaq ustadlarından biri olub.

Alim öz təhsilini Nəcəfi Əşrəfdə başa vurub. Birzə Baqir təhsil müddətində məşhur alimlərdən, o cümlədən, Mövla Məhəmməd Həsən Mamaqani və mərhum şəhid Ayətullah Şeyx Əbdülqəni Badkubeyidən bəhrələnib. O, Nəcəf şəhərində müəllimlik tədrislə məşğul olub. Bununla da fəqih çoxlu şagirdlər tərbiyə etmişdir. Onlardan biri kimi Ayətullah əl-Üzma Seyyid Şəhabuddin, Mərəşi Nəcəfinin adını qeyd etmək olar.

Alimin “Şərhi kitabi sərxab dərr rəml”, “Şərhi kitabi cəfri Məhəmməd Qasim Hinduşah” və bir çox başqa əlyazmaları var idi. Kitabların adlarından məlum olur ki, mərhum İrəvaninin rəsmi İslam elmlərindən əlavə cəbrlə də məşğul olub.

Mirzə Baqir İrəvani 1921-ci ildə dünyasını dəyişib və Nəcəfi-Əşrəfin “Vadius-səlam” qəbiristanlığında dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.