Gürcüstanın Marneuli şəhərində pravoslav kilsəsinin nümayəndələri həmrəylik və birlik nümayiş etdirərək müsəlmanlarla birgə Tasua yürüşündə iştirak ediblər. Bu barədə avqustun 8-də islamnews-a istinadən Sirat.az xəbər verib.

Ahlibeyt.ge-nin verdiyi məlumata görə, İmam Əli (ə.s) xeyriyyə fondu tərəfindən iştirakçılara İmam Hüseyn (ə.s) ehsanı paylanıb.

Qeyd edək ki, bu gün İmam Hüseynin (ə.s) şəhid edildiyi, yəni Aşura günüdür.

Foto: Ahlibeyt.ge