Avqustun 8-i məhərrəm ayının 10-u, yəni Aşura günüdür. Bu günün özünəməxsus müstəhəb əməlləri var.

Aşura gününün əməlləri:

İmam Hüseynə (ə.s) əzadarlıq etmək. İmam Rza (ə.s) buyurub: “Hər kim bu gün işlərini kənara qoyarsa, Allah-Təala onu istəklərinə çatdırar. Və hər kim bu gün hüznə qərq olarsa, Allah-Təala Qiyamət günü onu xoşhal edər”.

İmam Hüseyni (ə.s) ziyarət etmək. Mümkün olarsa, Kərbəlada Həzrətin hərəminə getmək, mümkün olmazsa, onun ziyarətnaməsini oxumaq.

Oruc niyyəti olmadan əsr namazınadək yemək və içməkdən imtina etmək. Belə ki, Aşura günü oruc tutmaq məkruhdur.

İmam Hüseyn (ə.s) zəvvarlarına su vermək.

1000 dəfə İxlas surəsini oxumaq.

Aşura ziyarətnaməsini oxumaq.

1000 dəfə “Allahuməl’ən qatələtəl-Huseyn” (İlahi, Hüseynin qatillərinə lənət et) zikrini demək.