Avqustun 5-də Gəncədə məscid və ziyarətgahlarda dezinfeksiya işləri aparılıb. Bu barədə AZƏRTAC-a istinadən Sirat.az xəbər verir.

Tədbirlərin məhərrəm ayı ilə əlaqədar keçirildiyi qeyd olunub. Dezinfeksiya işləri İmamzadə kompleksində və onun ətrafında aparılıb. Görülən təmizlik işlərinin dini mərasimlər zamanı buraya toplaşan insanların rahatlığının təmin olunması məqsədi ilə görüldüyü bilidirilib.

Bundan əlavə, kompleksin ərazisində ağac və güllərə aqrotexniki qulluq göstərilib, bitkilərin suvarılması həyata keçirilib.

Qeyd edək ki, avqustun 7-si (Tasua günü), 8-i (Aşura günü) və sentyabrın 17-də (Ərbəin günü) məscid və ziyarətgahlarda insan axınının olması gözlənilir. Hər il məhərəm ayının əlamətdar günlərində minlərlə insan müqəddəs məkanlara üz tutaraq İmam Hüseynə (ə.s) matəm saxlayır.

Foto: AZƏRTAC