Əfqanıstanın paytaxtı Kabildə İmam Hüseyn (ə.s ) əzadarlarına qarşı hücum törədilib. Partlayış nəticəsində 8 nəfər ölüb, 18 nəfər isə yaralanıb. Bu barədə avqustun 6-da shia-news– a istinadən Sirat.az xəbər verib.

Partlayış Həzrət Əbəlfəzl Abbas (ə.s) və İmam Məhəmməd Baqir (ə.s) məscidlərinin yanında törədilib. Belə ki, sözügedən ərazidə avtomobilərin birinə partlayıcı qurğu quraşdırılıb.

Şahidlərin sözlərinə görə, hadisə qadın və uşaqların məsciddən çıxdığı an baş verib.

Partlayışın İŞİD terrorçuları tərəfindən törədildiyi bildirilib.