Seyyid Əbül Həsən Hüseyni Şirvani əsrinin alim, fəqih və müfəssirlərindən biri olub.
Seyyid Əbül Həsənin harada təhsil alması barədə heç bir məlumat yoxdur. Alim Quranın “Nur” surəsi haqqında “Misbahul-müfəssirin” adlı kitab yazıb. Bu kitab 1884-cü ildə çap olunub və hazırda Məşhəd şəhərinin İmam Rza (ə.s) adlı kitabxanasında qorunur.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.