Məscid Göranboy rayonunun Nadirkənd kəndində yerləşir. İbadət evi “Seyid Mirağa məscidi” kimi də tanınır.

İbadətgah kərpicdən inşa edilib, düzbucaqlı formadadır, damı isə dəmir təbəqə ilə örtülüb. Məscidin taxtadan iki pəncərəsi və bir giriş qapısı var. Qapı və pəncərələr tağvari formadadır. İbadət evinin bir günbəzi movcuddur. Günbəzin üzərində aypara rəmzi quraşdırılıb.

Məscid 2009-cu ildə Rasim Zahid oğlu adlı şəxs tərəfindən bərpa edilib.