Şeyx Mövla Əbdül Əziz Talışi Salyan şəhərinin məşhur alimlərindən və fəqihlərindən biri idi, fəzilət və kamal cəhətindən alimlər arasında xüsusi yer tutub.

Talışinin təhsilindən və dərs aldığı ustadlarından məlumat yoxdur. Tarixi sənədlərə görə, o, Salyanda dərs deyərək, çox sayda ruhani yetişdirmişdir. Talışinin şagirdlərindən biri öz ustadı haqqında yazıb: “Şeyx Əbdül Əziz alimlərin biliklisi və yol göstərini idi”.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.