Hicrətin 61-ci ilinin məhərrəm ayının 6-cı günü İraqın Fərat çayının zəbt olunduğu gündür.
Tarixə görə, Şəbəs bin Rabiy Ömər ibn Sədin əmri ilə 3000 nəfərlik qoşunla Fərat çayı tərəfə hərəkət etdi. Növbəti gün isə onlar İmamın (ə.s) qoşununun suya tərəf yolunu bağladılar.
İmam Hüseyn (ə.s) Ömər ibn Sədlə xeymələrin arasında danışıqlar aparıb. Lakin Ömər yenə də geri çəkilmədi.
Yezid isə ordusunun təminatı üçün Kufə valisi Ubeydullah ibn Ziyada 4 min dirhəm və 200 min dinar pul göndərdi. Nəticədə 600 nəfərlik karvan Kufədən Kərbəlaya yola düşdü. Kərbəlaya çatarkən isə onların sayı 2 min nəfərədək artdı.