Səudiyyə Ərəbistanında peyvənd olunmamış şəxslərə Məkkəyə girməyə icazə verilib. Bu barədə avqustun 4-də az.shafaqna.com-a istinadən Sirat.az xəbər verir.

Məlumata görə, peyvəndsiz ziyarətgaha buraxılan zəvvarlar koronavirusa yoluxmamış şəxslər olmalıdır. Bundan əlavə, onlar xəstəliyə yoluxmuş insanlarla da təmasda olmamalıdırlar.

Məhdudiyyətin aradan qaldırılması, həmçinin Mədinədəki Peyğəmbər (s) məscidində də tətbiq olunub. İnsanlar rahat şəkildə məscidi ziyarət edə və orada namaz qıla bilərlər.

Qeyd edək ki, avqustun 30-dan etibarən Ümrə mövsümü başlayıb. Hazırkı mövsümdə ölkəyə ümumilikdə 10 milyon zəvvarın gəlişi gözlənilir.