İslam şəriətində 7 növ vacib qüsl var. Bu yeddisindən əlavə, daha bir qüsl var ki, özünəməxsus vaxtda vacib olur. “Qüsl” sözü ərəbcədən tərcümədə “yumaq” deməkdir. Məna olaraq isə başdan ayağa gədər yuyunmaq mənasını verir.
Cənabət qüslu:
İnsanın cunub hala düşdüyü zaman, yəni cinsi əlaqədən sonra alınır.
Heyz qüslu:
Qadınlar tərəfindən aylıq adət olan xəstəlik bitdikdən sonra alınır.
Nifas qüslu:
Qadının körpə dünyaya gətirdiyindən sonra qan gəlir. Bu qan maksimum 10 gün müddətində gələ bilər. Hər halda doğuşdan sonra gələn qan hansı gün bitərsə, həmin gündən etibərən qadın nifas qüslu almalıdır.
İstihazə qüslu:
Əksər vaxtlarda istihazə qanı sarı rəngdə və soyuq olur, təzyiqsiz, yandırıcı olmadan xaricə gəlir və qatı olmur. Amma bəzən qara, qırmızı və qatı olması, təzyiqlə və yandırıcı halda da xaric olması mümkündür. Bu qan gəldikdən sonra istihazə qüslu alınır.
Məssi-meyit qüslu:
Meyitə toxunan şəxs tərəfindən alınır. Lakin meyit artıq soyumuş olmalıdır. Təzə dünyasını dəyişmiş şəxsin meyiti hələ istidirsə, ona toxunduqdan sonra qüsl almağa ehtiyac yoxdur.
Meyit qüslu:
Dünyasını dəyişən şəxsə verilir. Bir şəxs ölərsə, ona meyit qüslu verib, kəfənləyib dəfn edirlər.
Nəzir, and içmə, əhd qüslu:
Bir şəxs qüsl alacağını əhd, nəzir edərsə və ya qüsl alacağına and içərsə, bu zaman qüsl alması vacibdir.
Qəsdən qəzaya verilmiş ayət namazının qüslu:
Əgər günəş və ya ay kamil şəkildə tutularsa və insan bilərəkdən ayət namazını qılmayıb qəzaya verərsə, ehtiyat-vacibə əsasən, onun qəzasını qılmaq üçün gərək qüsl etsin.
Sadalanan qüsllərin alınma qaydaları arasında fərq yoxdur. Hamısı eyni qaydada alınır. Bir tək meyit qüslu sidrli, kafurlu və adi su ilə üç dəfə alınır. Lakin diri insanın aldığı qüsllər eyni qaydadadır.