Avqustun 3-ü Kəbə evinin ətrafında olan maneələr götürülüb. Bu barədə İki Müqəddəs Məscidin Rəyasəti bildirib.

Beləliklə, zəvvarlar Kəbə evinə və Qara daşa toxuna biləcəklər. Hazırda Məkkədə olan zəvvarlar bu xəbəri göz yaşları ilə qarşılayıblar.

Qeyd edək ki, Kəbə evinin ətrafındakı maneələr iki il öncə koronavirus səbəbindən quraşdırılmışdır.