Avqustun 2-də DQİDK tərəfindən keçirilən müsahibənin nəticələri açıqlanıb. Bu barədə Report-a istinadən Sirat.az xəbər verir.

Nəticələr siyahı formasında Komitənin saytında yerləşdirilib (linkdə: scwra.gov.az).

Qeyd edək ki, ümumi olaraq 39 vakant yerə 270 namizəd Dövlət Komitəsinə müraciət edib. Hər gün 30-35 namizədin müsahibədə iştirak etməsi nəzərdə tutulub. Dünən, avqustun 2-də isə 32 namizədin iştirakı ilə ilk müsahibə baş tutub. Onlardan yalnız 23-ü müsahibədən uğurla keçib.