Ayətullah Şeyx Əbdül Əzim Badkubeyi öz dövrünün fəqihlərindən, müctəhidlərindən və öz məntəqəsinin böyük mərcəyi-təqlidlərindən biri olub.
O, ali səviyyədə üsul və fiqh dərslərini Nəcəfdə sona yetirib. Uzun illər boyu müxtəlif elmləri öyrənmiş və tədris etmiş, bir çox tələbə yetişdirmişdi.
Şeyx Əbdül Əzim ali elmi məqama çatdıqdan sonra Bakıya qayıdır, İslam hökmlərini təbliğ edir.
Ayətullah Şeyx Əbdül Əzim Badkubeyi 1902-ci ildə Bakıda vəfat edib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.