Bu gün, avqustun 2-si məhərrəm ayının 4-cü günüdür. Hicrətin 61-ci ilinin bu günündə İmam Hüseynə (ə.s) qarşı 15 min döyüşçüdən ibarət ordu toplanıb.
Ömər ibn Səd Yezidə məktub yazaraq görəcəyi işlər barədə əmr gözləyrdi. Yezid isə İmam Hüseyndən (ə.s) beyət alınmasını israr edirdi.
Kufənin o vaxtkı əmiri Ubeydullah ibn Ziyad Kufə məscidində minbərə çıxıb əhalini İmama qarşı çıxmağa səsləyirdi. O, xütbələrində insanları İmam Hüseynə (ə.s) kömək etməkdən çəkindirir və Həzrətə yardım olmaq istəyənləri ölümlə hədələyirdi. Kufənin qazısı Şüreyh isə İmamın (ə.s) qanının halal olmasına dair fətva verdi.
Bundan sonra şəhərin bütün giriş və çıxışlarının bağlanmasına əmr verildi.
Şimr ibn Zil-Cövşən dörd min təlim keçmiş əsgərdən ibarət ordu toplayaraq Həzrətə (ə.s) qarşı döyüşməyə hazır olduğunu bildirib. Bundan sonra daha dörd sərkərdə ordu toplayaraq Şimrə qoşulub 15 min nəfər oldular.