Bu gün, avqustun 2-də Azərbaycanda məscidlərə imam və imam müavini vəzifələrinə təyinat üçün müsahibə keçirilir. Dövlət Komitəsi qadınların müsahibədə iştirak etməməsinin səbəbini açıqlayıb. Bu barədə Report-a istinadən Sirat.az xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov hazırda qadın dini ayinlərinin icraçısı vakansiyasının olmadığını bildirib. Lakin növbəti vakansiya elanında qadınların da namizədliyi nəzərdə tutulub.

“İmam və imam müavini isə qadınlar üçün nəzərdə tutulan bir vəzifə deyil. Şəriətə görə qadın imam və imam müavini ola bilməz. Burada söhbət yalnız qadın dini ayinlərinin icraçısından gedir. Onların fəaliyyəti isə yalnız qadınlara yönəlik fəaliyyətdir”, – deyə Komitə rəsmisi əlavə edib.

Xatırladaq ki, bu gündən etibarən Azərbaycanda İslam dininə aid ibadət yerlərinə yeni din xadimlərinin təyinatı üçün müsahibə başlayıb. Ümumilikdə 39 vakant yer üzrə 270 namizədin sənəd qəbulu aparılıb.