Bu gün, avqustun 2-də Azərbaycanda İslam dininə aid ibadət yerlərinə vakant yerlər üzrə müsahibə başlayıb. Bu barədə Report-a istinadən Sirat.az xəbər verir.

Müsahibə Azərbaycan İlahiyyat İnstitutunda keçirilir. Məlumata görə, imtahana nəzarət DQİDK-nın yaratdığı komissiya tərəfindən həyata keçirilir. Komissiyanın 7 ilahiyyatçıdan ibarət olduğu bildirilib.

Hər gün müsahibədə 30-35 namizədin iştirakı nəzərdə tutulub. Nəticələr isə 5 iş günü ərzində Komitənin saytında yerləşdiriləcək. İmtahandan uğurla keçmiş namizədlər 30 iş günü ərzində din xadimi vəzifəsinə təyin olunacaqlar. Ümumi olaraq 270 namizədin iştirakı planlaşdırılır.

Qeyd edək ki, hazırkı müsahibə 39 vakant yer üzrə aparılır.