Məscid Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində yerləşir. İbadətgahın inşa tarixi XV-XVI əsrlərə aiddir. İbadət evinin kitabəsinin üstündə belə yazı həkk olunub: “Hacı Adil Nəsulla oğlundan Xəndəyə yadigar”.

Məscid kərpicdən inşa olunub və düzbucaqlı formadadır. Sonradan ibadət evinin fasadı sarı rəngə boyanıb. İbadətgah iki hissəyə bölünüb: qadınlar və kişilər şöbəsi. İbadət evinin mehrabının naxışları töküldüyündən günümüzə qədər gəlib çatmayıb. Məscidin tavanı sütunlar üzərində dayanır.

Qış aylarında məscidin qızdırılması üçün burada soba quraşdırılıb.

İbadət evində 1988-ci ildə təmir-bərpa işləri aparılıb.

Mənbə:

  1. Nehrəm kəndinin dini memarlıq abidələri. Gülnarə Qənbərova.