Azərbaycanda Aşura günü, 8 avqust tarixində qanvermə aksiyası keçiriləcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi-nə istinadən Sirat.az xəbər verir.

Məhərrəm ayının gəlişi ilə əlaqədar İmam Hüseyn (ə.s) xatirinə ehsan qan vermək istəyənlər ölkədəki səhiyyə ocaqlarına müraciət edə bilərlər. QMİ fəaliyyət göstərəcək qanvermə məntəqələrini açıqlayıb.

Bakı üzrə:

  • Mir Mövsüm Ağa Ziyarətgahı;
  • Göy məscidin (Əjdərbəy) mərasim zalında;
  • Şah Abbas məscidi;
  • Bibiheybət məscid ziyarətgahı;
  • Qaraçuxur məscidi;
  • Təzə Pir məscidi;

Bölgələr üzrə:

Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Bərdə və Quba Mərkəzi Qan Bankları.

İyulun 30-u məhərrəm ayı daxil olub. Bir çox din xadimləri özünə zərər verib qan tökərək əzadarlıq etmək əvəzinə, ehtiyacı olanlara qan verməyi tövsiyə edir.