ABŞ-nin Virciniya ştatında məhərrəm ayı ilə əlaqədar əza mərasimləri keçirilir. Müsəlmanlar əllarində qara bayraqlarla bir araya toplaşaraq əzadarlıq ediblər. Bu barədə avqustun 1-də shiawaves xəbər verib.

Mərasimlər İmam Əli (ə.s) və Məhəmmədiyyə Mərkəzlərinin təşkilatçılığı ilə baş tutub. Virciniya ştatında yağış yağmasına baxmayaraq, əzadarlar açıq havada toplaşıb, matəm məclisi qurublar.