Türkiyənin İstanbul şəhərində məhərrəm məclisləri keçirilir. Mərasimlər şəhərin Zeynəbiyyə məscidində təşkil olunur. Bu barədə məscidin saytına istinadən Sirat.az xəbər verib.

Ayın başlanması ilə ibadətgah qara rəngə boyanıb. Belə ki, məscidin həm daxilində, həm də xaricində əza şüarlı bayraqlar asılıb. Zeynəbiyyənin qarşısında isə arka formasında İmam Hüseyn (ə.s) hərəminin maketi quraşdırılıb.

Artıq iki gündür ki, burada matəm məclisləri keçirilir. Bundan əlavə, Türkiyədə ən izdihamlı Aşura mərasimi də məhz İstanbul Zeynəbiyyəsində baş tutur.

Qeyd edək ki, məhərrəm ayı iyulun 30-da daxil olub.