Hindistanın Mumbay şəhərində İmam Hüseynin (ə.s) şəhadət məclisləri təşkil olunur. Bu barədə iyulun 31-də shiawaves.com xəbər verib.

Pandemiya ilə əlaqədar Hindistanda dini mərasimlərə qoyulan qadağa ləğv olunub. Bu səbəbdən ölkə müsəlmanları məhərrəm məclislərinin təşkili üçün bütün güclərini səfərbər ediblər.