Bu gün, avqustun 1-də Həzrət Əbəlfəzl Abbasın (ə.s) hərəmində Aşuraya hazırlıq işləri görülür. Bu barədə hərəmin mətbuat xidmətinə istinadən Sirat.az xəbər verib.

Hazırlıq işləri çərçivəsində səhərdən etibarən ziyarətgahın həyəti yuyulur. Məlumata görə, sözügedən tədbirlər Aşura yürüşündə gigiyenaya riayət olunması üçün görülür.

Bundan əlavə, hərəmin daxilində 10 min kvadratmetrlik qırmızı xalça da sərilib. Tavan və eyvanlar qara bayraqlarla örtülüb.

Xatırladaq ki, Aşura günü avqustun 8-nə təsadüf edir.