Almaniya və İsveçdə məhərrəm ayı ilə əlaqədar matəm mərasimi keçiriləcək. Bu barədə İQNA-ya istinadən Sirat.az xəbər verib.
Mərasim İmam Əli (ə.s) Berlin İslam Mərkəzi tərəfindən təşkil olunacaq. Proqram fars, alman və urdu dillərində keçiriləcək. Mərasimdə Quranın tilavəti, ziyarətnamələrin oxunması, şam və məğrib namazlarının qılınması planlaşdırılır. Eyni zamanda müəllimlər tərəfindən uşaq və körpələr üçün də xüsusi proqram təşkil olunacaq.