Ağdam Cümə məscidinin bərpasında irəliləyişlər var. Bu barədə avqustun 1-i Qafqazinfo-ya istinadən Sirat.az məlumat verir.

Belə ki, tikintidə istifadə olunmuş materialların analizi aparılıb. İbadətgahın  içində torpaq qatı bərpa olunub. İbadət otağının duzsuzlaşdırılması işləri aparılır. Həmçinin bərpa materiallarının təchizatı və sahəyə çatdırılması işləri hazırda aparılmaqdadır.

Bildirilir ki, 2023-ci ilin iyun ayında Ağdamda aparılan ümumi bərpa işlərinin tamamlanması planlaşdırılır.

Qeyd edək ki, Ağdam Cümə məscidi ilə yanaşı, Qiyaslı kənd məscidinin də bərpası həyata keçirilir.