İmam Səccad (ə.s): ”Hüseyn (ə.s) dünyaya gələndə Allah-taala Cəbrailə vəhy etdi ki, Məhəmmədin oğlu olub, onun yanına get, onu təbrik et və ona de ki, Əli sənin üçün Harun Musaya olan kimidir. Odur ki, uşağa Harunun oğlunun adını qoy. Cəbrail (ə.s) yerə endi və Allah tərəfindən Peyğəmbəri təbrik etdi və sonra dedi: ”Allah-taala sənə uşağa Harunun oğlunun adını qoymağı əmr edir”. Peyğəmbər soruşdu: ”Harunun oğlunun adı nə olub?” Cəbrail (ə.s) dedi: “Şubəyr”. Peyğəmbər buyurdu: ”Mənim dilim ərəb dilidir”. Cəbrail (ə.s) dedi: ”Uşağın adını Hüseyn qoy”.

(İləluş-Şəraye, səh.137, hədis 5)