Tehran – Xorrəmşəhr – Şələmçə – Bəsrə – Kərbəla qatarı istifadəyə verilir. Bu barədə İran Dəmir Yollarının Baş Direktoru Seyid Miad Salehinin sözlərinə istinadən Maide.Az xəbər verib.
Bildirilir ki, Şələmçədən Bəsrəyə 32 kilometr uzunluğunda dəmir yolu hələ tamamlanmayıb. Bu səbəbdən zəvvarlar qatarla Şələmçəyə çatandan sonra oradan Bəsrəyə avtobusla gedəcəklər. Bəsrədən Kərbəlaya isə yenidən qatarla.