Məhərrəm ayının gəlişi ilə məsum İmamların (ə.s) hərəmlərində matəm bayraqları qaldırılıb.

Mərasimlər Quranın oxunması ilə açılıb, hərəmlərin səlahiyyətli şəxslərinin çıxışları ilə davam edib, və daha sonra hərəmlərin bayraqları qaldırılıb.

Qeyd edək ki, Nəcəf şəhərində də, həmçinin nahəng əza bayrağı dalğalandırılıb.

Bu gün məhərrəm ayı daxil olub. Məhərrəm ayının 9-da, yəni avqustun 7-si Tasua, avqustun 8-də isə Aşura günüdür. Səfər ayının 1-i 29 avqust tarixinə təsadüf edəcək. Sentyabrın 17-də isə İmamın (ə.s) şəhadətinin 40-cı günü – Ərbəin qeyd olunacaq. Bu günlər ilə əlaqədar dünya üzrə əza məclisləri təşkil olunacaq.