Xanım Fatimə (s.ə): ”Hüseyni (ə.s) dünyaya gətirdikdən sonra Allahın Peyğəmbəri (s) yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda o Həzrətə verdim. Peyğəmbər sarı parçanı açıb kənara atdı və ağ parça götürüb Hüseyni ona bükdü. Sonra buyurdu: “Tut ey Fatimə, o, imam və imam oğludur! O onun nəslindən dünyaya gələcək doqquz imamın atasıdır ki, onların doqquzuncusu “Qaimdir””.
(Kifayətul-əsər, səh.194)