Fransada anti-islamofobiya fəalları hicablı qadınların işə qəbul olunması üçün “Job Hicab” platformasını işə salıb. Bu barədə Shiawaves-a istinadən Sirat.az xəbər verib.

Bu təşəbbüs ölkədə hicabın taxılmasına qoyulan məhdudiyyətlər fonunda reyallaşdırılır. Platformanın məqsədi hicablı qadınlara hicab geyinməyə icazə verən müxtəlif qurum və ya şirkətlərdə iş vakansiyaları tapmağa kömək etməkdir. Həmçinin qadınlara CV-lərini peşəkar şəkildə yazmağa köməklik göstərilir. Platformanın yaradılmasından bəri bir çox hicablı qadın layihəyə qoşulub.

Qeyd edək ki, son zamanlar Fransada qadınlar hicablarına qarşı məhdudiyyətlərin gücləndirilməsindən əziyyət çəkir.