İyulun 29-dan etibarən turistlər Dərbənddəki Cümə məscidini müvəqqəti ziyarət edə bilməyəcəklər. Bu barədə İslamNews-a istinadən Sirat.az xəbər verib.

Ziyarətgaha turistlər üçün girişin məhdudlaşdırılması məhərrəm ayının başlaması ilə əlaqədardır. Bildirilir ki, Məhərrəmin ilk 10 günü ərzində məsciddə məclislər keçiriləcək.

Qeyd edək ki, sözügedən ibadətgah Rusiyanın ən qədim məscidi sayılır.